Öncə Ralf, daha sonra Canni De Byazi

15:17 - 22 Mart 2023

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də, Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, öncə Avstriya millisinin baş məşqçisi, daha sonra Canni De Byazi mətbuat önünə çıxacaq.

23 mart

Avstriya milli komandası

14:45. Mətbuat konfransı

15:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

17:30. Mətbuat konfransı

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Xəbər xətti