Azər Bağırov: "Millidə artıq nəticənin vaxtıdır"

16:27 - 22 Mart 2023

I Divizionun lideri olan "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Sportal.az saytına açıqlama verib.

39 yaşlı mütəxəssis milli komandamızın Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçlə keçirəcəyi oyunlar haqda fikirlərini bölüşüb. O, yığmanı çətin matçların gözlədiyini deyib: 

"İlk iki oyunda millimizə çox çətin rəqiblər düşüb. Bu matçlar səfərdə olduğuna görə çətin olacaq. Bəzi gənc futbolçular milliyə çağırılıb. Düşünürəm ki, gec-tez çətinliyin öhdəsindən gəlməliyik. Canni De Byazi necə ildir ki, milli komandamızı çalışdırır. O, öz sistemini, fəlsəfəsini futbolçulara çatdırıb. Millidə artıq nəticənin vaxtıdır".

Elçin Əlixan

Xəbər xətti