Avstriya milli komandasının futbolçusu Gernot Trauner Avro-2024-ün seçmə mərhələsinin Azərbaycan və Estoniya ilə oyunlarından əvvəl yerli mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, "Feyenoord"un 31 yaşlı mərkəz müdafiəçisi hədəflərinin hər iki matçda qələbə qazanmaq olduğunu deyib:
"İki qələbə turnir cədvəli üçün yaxşı başlanğıc olardı. Hədəfimiz hər iki matçda qalib gəlmək və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Azərbaycan millisində oynayan Ozan Can Kökçünün qardaşı Orkun Kökçü "Feyenoord"dan komanda yoldaşımdır. Hər iki oyunda topa daha çox sahib olmaq və bundan faydalanmaq vacibdir".
Qeyd edək ki, Avstriya martın 24-də Azərbaycan millisi ilə, 3 gün sonra isə Estoniya ilə qarşılaşacaq.