İtaliya millisinin baş məşqçisi Roberto Mançini AVRO-2024-ün seçmə mərhələsinin İngiltərəyə qarşı keçiriləcək matçı haqda danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis komandası
"Oyuna yaxşı hazırlaşırıq və əminik ki, Neapol bizi dəstəkləyəcək. Seçmə mərhələyə uğurlu başlamaq istəyirik. Milli komandanı təmsil etmək ola biləcək ən gözəl hadisədir. Avropa çempionatını qazandığımız zamanki səviyyəyə qayıtmaq istəyirik. Ancaq hər şey özümüzdən və istəyimizdən asılı olacaq. Meydanda Avropa çempionatında çıxış edəcək futbolçuları görəcəksiniz. Millətlər Liqası matçlarında olduğu kimi, tədricən yeni oyunçuları təqdim edəcəyik. Bu gün biz növbəti Avropa çempionatına vəsiqə qazanmaq üçün böyük həvəslə meydana çıxacağıq".
İtaliya – İngiltərə matçı bu gün 23:45-də başlanacaq.
saytlarin hazirlanmasi