"Roma"da çıxış edən Paulo Dibala sabiq klubu "Yuventus"u məhkəməyə verəcək.
Sportal.az "La Republica"ya istinadən xəbər verir ki, argentinalı hücumçu 2021-ci ildə yeni müqavilə ilə bağlı razılıq əldə etdikdən sonra sözləşməni təktərəfli ləğv edən klubdan şikayətçidir. 30 yaşlı forvard Turin təmsilçisindən 54 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Paulo Dibala 2015-2022-ci illər ərzində "Yuventus"da çıxış edib. Argentina millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 293 matçda 115 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi