İsveç - Azərbaycan matçını qadın hakim idarə edəcək

14:34 - 24 Mart 2023

Avro-2024-ün seçmə mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq İsveç - Azərbaycan matçının hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası edəcək.

Görüşün baş hakimi xanım olacaq. Belə ki, millimizin oyununa Stefani Frappar təyinat alıb. Ona həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost kömək edəcək. Dördüncü hakim funksiyasını Bastiyan Deşepi yerinə yetirəcək.

Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması 27 mart tarixində Bakı vaxtilə saat 22:45-də "Friends Arena"da baş tutacaq.

Xəbər xətti