Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsinin Avstriya ilə matçı üçün iştirak ərizəsi bəlli olub.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi siyahıya 23 futbolçunun adını daxil edib. 26 nəfərlik heyətdən 3 oyunçu kənarda qalıb. Bunlar "Sabah"dan Ceyhun Nuriyev, "Neftçi"dən Azər Salahlı, "Zirə"dən isə Rüstəm Əhmədzadədir.
Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması 24 mart tarixində, Bakı vaxtilə saat 23:45-də, "Rayffayzen Arena"da baş tutacaq.