"Azərbaycan millisinin səfərdə uğurlu nəticə qazanacağına inanırdım"

11:36 - 25 Mart 2023

"Azərbaycan milli komandasının səfərdə uğurlu nəticə qazanacağına inanırdım. Çünki hazırda millidə çox yaxşı futbolçular yer alıb. Son beş oyunda da qələbələrimiz var idi. Əslində, matça yaxşı başlayan tərəf də Azərbaycan yığması idi. Ancaq sonradan vəziyyət dəyişdi. Təəssüf ki, belə nəticə qeydə alındı".

Bu sözləri Sportal.az saytına açıqlamasında Aleksandr Çertoqanov deyib.

Azərbaycan millisinin veteran futbolçusu yığma komandamızın AVRO-2024-ün seçmə mərhələsinin Avstriya ilə görüşünü şərh edib. Millimizdə 52 oyun keçirmiş Çertoqanov Vyanadakı görüşü şərh etdikdən sonra yığmamıza inandığını sözlərinə əlavə edib:

"Vyanadakı görüş çətin keçdi. Avstriyadan xal götürmək ehtimalı mümkün idi. Ancaq alınmadı. Hər halda, ilk görüş geridə qaldı. Bundan sonra İsveçə qarşı matç var. Orada da çox çətin olacağı dəqiqdir. Amma xal qazanmaq üçün oynamaq mümkündür. Evdə Belçikaya uduzdular deyə, ilk qələbələrini qazanmaq istəyəcək. Lakin mən millimizə inanıram".

Mirbağırağa

Xəbər xətti