Belçika millisinin hücumçusu Romelu Lukaku AVRO-2024-ün seçmə mərhələsində komandasının İsveç üzərində qələbəsindən (3:0) sonra baş məşqçi Domeniko Tedesko haqda fikirlərini bölüşüb.
Sportal.az “TUTTOmercatoWEB”ə istinadən xəbər verir ki, İsveçlə görüşdə het-trik edən forvard bu cür danışıb:
“Tedeskonun gəlişindən sonra daha çox hücum futbolu oynamağa başlamışıq. Birlikdə işləmək üçün çox vaxtımız yox idi, amma mən razıyam. Dəyişiklik nəticələr gətirirsə, heç də pis deyil”.
saytlarin hazirlanmasi