İsveç milli komandası Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda Azərbaycan yığmasını qəbul edəcək.
Sportal.az xəbər verir ki, Skandinaviya təmsilçisi bu matça itki ilə çıxa bilər. Belə ki, Zlatan İbrahimoviçin millimizlə oyunu buraxmaq ehtimalı var. 41 yaşlı hücumçu komandanın son məşqində iştirak etməyib.
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması sabah bakı vaxtilə saat 23:45-də "Frends Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi