Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah səfərdə İsveç seçməsinin qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni de Byazi açıqlama verib:
“İsveçi yaxşı analiz etmişik, hansı sistemlə oynadığını bilirik. Heyətində İbrahimoviç, Kuluşevski kimi məşhur oyunçular var. İsveçin ilk oyunda Belçikaya məğlub olması komanda üzərində təzyiq yaradıb. Reytinqdə 23-cü yerdə gedən komandaya qarşı oynayacağıq.
Təbii ki, özümüzdən çox şey asılıdır. Mən komandama güvənirəm. Həyatda nəyəsə nail olmaq istəyirsənsə, çox çalışmaq lazımdır. Şərəflə əlimizdən gələni etməyə çalışacağıq. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Öz yolumuzla getməyə davam edəcəyik”.
saytlarin hazirlanmasi