"Hər şeydən əvvəl, dərhal həmkarım Yusif İmanovu dəstəkləmək istəyirəm. Hər halda, 20 yaşı var, beynəlxalq təcrübəsi yoxdur. Fikrimcə, Yusifi bu cür oyunda meydana buraxmaq lazım deyildi. Qapını daha təcrübəli birinə tapşırmaq olardı. İstənilən halda, Yusif layiqli, aşkar səhvi olmadan oynadı. Bəli, qollardan xilas edə bilərdi, amma olmadı. Lakin səhvi yox idi. Fikrimcə, İmanov layiqli performans göstərdi".
Bu sözləri Sportal.az-a açıqlamasında Aleksandr Jidkov deyib.
Vaxtı ilə Azərbaycan millisinin qapısını qorumuş veteran qolkiper yığma komandamızın AVRO-2024-ün seçmə mərhələsinin Avstriya və İsveç görüşləri barədə danışıb. Jidkovun fikrincə millimiz Vyanadakı matçda müdafiədə çox səhv edib:
"Komandanın ümumi hərəkəti məğlubiyyətə gətirib çıxardı. Müdafiəçilər 1-ci və 2-ci qolların buraxılmasına səbəb oldu. Millinin müdafiədə xətti zəif oynadı. Üstəlik, müdafiədən hücuma çıxmağımız da çətin alınırdı. Ona görə də, hücumlarımız az idi. Amma epizod tapdıq və çox gözəl qol vurduq. Demək ki, etmək mümkün idi. Sadəcə uzun müddət edə bilmədik. Həmin oyun geridə qalıb. İrəliyə baxmaq lazımdır".
Azərbaycan millisinin sabiq qapıçısı bu gün yığmamızın İsveçə qarşı keçirəcəyi görüşdən gözləntilərini də bölüşüb: "İsveç millisinə qarşı matç çətin olacaq. Onlar evdə Belçikaya 0:3 uduzub. Təəssüf ki, rəqib favoritdir. Necə olacaq, bilmirəm. Amma çətin görünür".
Mirbağırağa
saytlarin hazirlanmasi