Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu gecə səfərdə İsveç yığmasının qonağı olacaq.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, hər iki komandanın iştirak ərizəsi müəyyənləşib. Millimizin baş məşqçisi Canni De Byazi 23 nəfərlik heyətə "Sabah"ın futbolçuları Tellur Mütəllimovla Ceyhun Nuriyevin adını daxil etməyib. Avstriya ilə oyunda zədələnən Eddi İsrafilovun da adı siyahıda yoxdur.
Avstriya ilə matçda heyətdən kənarda qalan "Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə ilə "Neftçi"nin müdafiəçisi Azər Salahlı isə bu görüş üçün sifariş olunub.
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması bu gecə Bakı vaxtilə saat 22:45-də "Frends Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi