İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Tottenhem" Antonio Konte ilə yollarını ayırıb. Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Antonio Konte 2021-ci ilin noyabr ayından "Tottenhem"in baş məşqçisi idi. Komanda Premyer Liqada 28 turdan sonra 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Paytaxt klubu Çempionlar Liqasının 1/8 final mərhələsində "Milan"a məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi