İngiltərənin "Çelsi" klubu Ramazan ayında oruc tutan müsəlmanlara jest göstərib.
Sportal.az xəbər verir ki, London təmsilçisi ev oyunlarını keçirdiyi "Stemford Bric stadionu"nda iftar süfrəsi açıb. Bu, Premyer Liqa tarixində bir ilk olub. 100-dən çox insan klubun təşkil etdiyi iftar süfrəsində iştirak edib.
Tədbirdə "Çelsi" xeyriyyə fondunun rəhbəri Simon Teylor, klubun ilk qaradərili oyunçusu Pol Kanovilye və "zadəganlar"ın İdarə Heyətinin üzvü Lord Daniel Finkelşteyn də iştirak edib.
saytlarin hazirlanmasi