Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə görüşündən sonra mətbuat konfransında danışıb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis İsveçə 0:5 hesablı məğlubiyyəti şərh edib. De Byazi millinin biabırçı nəticəsinə baxmayaraq, əla oynadıqlarını bildirib:
"İkinci qola qədər oynaya bildik. Amma əla oynadıq. Top daha çox bizdə olurdu. Təbii ki, 0:2-dən sonra İsveçin hər epizodu qolla nəticələnirdi. Amma bizim də qol imkanlarımız oldu. Heç-heçə də edə bilərdik. Təbii ki, rəqib fiziki baxımdan bizdən güclü idi. Biz isə 70-75 dəqiqə çatdırırdıq. Bu ritmdə bizə çox çətin idi.
Birinci hissədə topla daha yaxşı oynayırdıq. Rəqibi çətinliyə sala bilmişdik. İsveç FİFA-nın reytinq cədvəlində 100 pillə irəlidədir. Son dəqiqələrdə 2002-2003-cü il təvəllüdlü futbolçulara şans verdim. Başa düşürəm ki, çox acı nəticədir. Ancaq uşaqlara deyiləcək bir şey yoxdur. Hesabda 0:2 geri düşdükdən sonra ruhdan düşməməliyik. Nəticəni dəyişə biləcəyimizə inanmalıyıq. Əminəm ki, bundan da artığını, yaxşısını edə bilərik. Güclü rəqibə qarşı oynadıq. Bu oyundan dərs çıxarmalıyıq. Bu oyunlar gələcək üçün inkişafımıza kömək etməlidir".
De Byazi rəqibin fiziki və texniki cəhətdən güclü olduğunu söyləyib: "Maraqlıdır ki, bizimlə oyunlarda rəqiblərin cərimə zərbəsindən vurduğu epizodlarda bəxti gətirir. Hamısı doqquzluğa gedir. Halbuki, canlı sədd buna imkan vermək istəmirdi. Karlsson da yaxşı vurdu zərbəni. İsveç millisi fiziki və texniki güclüdür. Buna rəğmən həmin fərq bir saat meydanda görünmədi".
Mirbağırağa
saytlarin hazirlanmasi