"İnter" yarımmüdafiəçisi Hakan Çalhanoğlunu əldən buraxmaq istəmir.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "nerazzura" rəhbərliyi yeni müqavilənin şərtləri üzərində işləyir.
Türkiyə millisinin üzvü yeni müqaviləyə əsasən 2027-ci ilin yayına qədər “İnter”in formasını geyinəcək.
“İnter" Alessandro Bastoni ilə də müqavilə müddətinin uzadılması üçün danışıqlar aparmaq istəyir.
29 yaşlı futbolçu 2021-ci ilin yayında "Milan"dan "İnter"ə keçib. Onun hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır.
saytlarin hazirlanmasi