Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən İsveç - Azərbaycan oyununda ermənilər təxribata əl atıblar.
Sportal.az xəbər verir ki, onlar Stokholmdakı "Friends Arena"da Qarabağdakı qondarma rejimin "bayrağını" qaldırıblar. Bundan başqa, ermənilər "Artsaxın blokadasını dayandırın" şüarı yazılmış banner də açıblar. Azərbaycanlı azarkeşlərin etirazından sonra polis banneri və bayraqları ermənilərin əlindən alıb.
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi