Milli "Şamaxı" ilə heç-heçə etdi

21:57 - 28 Mart 2023

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Şamaxı”nın U-19 komandası ilə oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin qolunu 43-cü dəqiqədə Ümid Səlimov vurub.

Qeyd edək ki, U-17 hazırlıq çərçivəsində ilk oyununu “Qarabağ”ın U-19 komandasına qarşı keçirmiş və 3:1 hesablı qələbə qazanmışdı.

Xəbər xətti