Martın ən yaxşı baş məşqçisi bəlli oldu

10:38 - 29 Mart 2023

İtaliya A Seriyasında martın ən yaxşı baş məşqçisinin adı açıqlanıb. 

Sportal.az A seriyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Latsio"nun çalışdırıcısı Mauritsio Sarri bu ada layiq görülüb. 

Sarrinin rəhbərlik etdiyi "Latsio" mart ayında iki güclü rəqibi - "Napoli" və "Roma"nı 1:0 məğlubiyyətə uğrada bilib. 

Paytaxt təmsilçisi 27 turdan sonra 52 xalla ikinci pillədədir. 

Xəbər xətti