Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov Sportal.az saytına açıqlama verib.
Təcrübəli mütəxəssis milli komandamızın AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun ikinci turunda İsveçə məğlubiyyətini şərh edib.
"Vyanadakı görüşdən sonra millimiz İsveçdəki matçda yaxşı nəticə qazanmaq istəyirdi. Əslində, yığma komanda İsveçə qarşı heç də pis başlamamışdı. Komanda yaxşı top saxlayırdı. Amma yenə fərdi səhvlərə yol verdilər. Bu cür səhvlərin sayəsində İsveç qapımıza qollar vurdu. Təbii ki, bunlar üzücüdür. İsveçlə görüşdə futbolçular əlindən gələni etdilər. Təəssüflər olsun ki, nəticə bu cür xoşagəlməz alındı. Amma deyim ki, fərdi səhvlər millimizin İsveçə 0:5 hesabı ilə uduzmasına gətirib çıxardı. Üzücü məğlubiyyət alındı. Hər halda, qrupda yenə oyunlar var. Ümid edək ki, yaxşı olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi