"Mançester Yunayted" David De Xeaya yeni müqavilə təklif edib.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, ispaniyalı qolkiper İngiltərə klubunun ilk təklifini geri çevirib.
Məsələ burasındadır ki, 32 yaşlı qapıçı maaşının azaldılmasına razı olmalıdır. Yalnız bu halda, "Mançester Yunayted" onunla müqavilə müddətini artıracaq.
De Xea isə yeni müqavilə şərtlərindən razı qalmadığı üçün yeni mövsümə başqa komandada başlamağı götür-qoy edir.
İspan qolkiper 2011-ci ildən "Mançester Yunayted"in qapısını qoruyur.
saytlarin hazirlanmasi