Gürcüstan millisinin üzvü "Napoli"də qalacaq

14:49 - 29 Mart 2023

"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya hazırkı klubu ilə müqavilə müddətini uzada bilər.

Sportal.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Gürcüstan millisinin futbolçusu artıq 2028-ci ilin yayına kimi hesablanacaq yeni müqaviləyə razılıq verib. 

Kvaratsxeliyanın maaşı mövsümə görə 1 milyon avrodan 2,5 milyon avroya yüksələcək.

22 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

 

Xəbər xətti