İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike Premyer Liqanın aparıcı klublarından birinə rəhbərlik etmək istədiyini bildirib.
Sportal.az “SER Deportivos Gijon”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis İngilətərəyə yollanmağa hazır olduğunu söyləyib:
"İngiltərə futbolunu İspaniya futbolundan daha çox izləyirəm. Aydındır ki, orada işləmək istədiyim üçün xüsusilə təsirlənmişəm. Amma mən yalnız maraqlı layihələri qəbul edəcəm. Böyük işlər görə biləcəyim klubda çalışmağa razı olaram”.
52 yaşlı məşqçi "Roma", "Selta", "Barselona" və İspaniya millisində işləyib.
saytlarin hazirlanmasi