"Zirə"nin futbolçusu Eldar Quliyev qışda "Minay"dan ayrılaraq Azərbaycana gəldi. Futbolçunun atası Şahbaz Quliyev Sportal.az saytına açıqlamasında oğlunun Ukraynadan Azərbaycana gəlməsini şərh edib:
"Eldar haqda hələlik bircə şeyi deyə bilərəm ki, onda aklimatizasiya və adaptasiya prosesi gedir. Məsələn, hazırda Ukraynada qar və şaxta var. Azərbaycanda isə hava temperaturu 20 dərəcədir. Üstəlik, martın 26-dək iki saatlıq saat fərqi var idi. Yerdəyişmə, yeni məşqçi, yeni komanda, yeni tələblər... Azərbaycanda qonaq olmaq və Azərbaycan klubunda oynamaq arasında böyük fərq var. Yəni dediklərimin hamısı Eldar üçün önəmlidir. Bir də, nəzərə almaq lazımdır ki, oğlum nə "Minay"”, nə də "Zirə" ilə qış toplanışını keçdi. Ukraynanı tərk etməkdə çətinliklər yaranırdı. Bütün bunlar öz təsirini göstərirdi. Ona görə də Eldar hələ komandaya, tələblərə alışmaqdadır".
Hazırda Ukraynanın U-21 yığmasında çıxış edən Eldar AFFA-nın da maraq dairəsindədir. Şahbaz Quliyev milli ilə bağlı seçimin Eldarın özünün etməli olduğunu deyib:
"Ukrayna yoxsa, Azərbaycan millisində oynamaq məsələsinə gəlincə, Eldar artıq böyük oğlandır. Martın 24-də onun 21 yaşı tamam oldu. Bu mənada, qərarı özü verəcək. Mən özüm də Bakıya gəlmək, Eldarın oyununu izləmək istəyirəm. Amma hələ ki, mümkün deyil. Yəqin müharibədən sonra alınacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi