"İsveç evdə Belçikaya uduzmuşdu deyə, onlar bizimlə oyunda vəziyyətlərini düzəltməyə çalışacaqdı. Belçika millisindəki kimi futbolçularımız olmasa belə, yığma komandamıza inanırdım. Təəssüf ki, Solnada da uduzduq, bu cür hesab qeydə alındı"
Bu sözləri Sportal.az saytına açıqlamasında Deni Qaysumov deyib.
Millimizdə 23 oyun keçirmiş veteran futbolçu Canni De Byazinin rəhbərlik etdiyi komandanın AVRO-2024-ün seçmə mərhələsinə uğursuz start verməsini şərh edib. Qaysumovun fikrincə, yerli məşqçi millidə italiyalıdan daha yaxşı nəticə verərdi:
"Avstriya və İsveçə qarşı oynadığımız oyun, nəticə hər şeyi deyir. Yerli məşqçi işinin öhdəsindən daha yaxşı gələ bilərdi. Həmişə demişəm ki, Azərbaycan millisi yerli mütəxəssisə tapşırılmalıdı. Berti Foqtsun dövründə milliyə yerli köməkçi məşqçilər təyin edilməli, almaniyalı məşqçinin yanında öyrənməli, təcrübə toplamalıydı. Foqtsla yolları ayırdıqdan sonra isə milli elə həmin köməkçilərdən birinə tapşırılmalıydı. İndi görünür ki, deyəsən elə ən yaxşısı Berti Foqtsun dönəmiymiş. Çünki xarici məşqçilər gəlir və yenə eyni nəticələr təkrarlanır. Yerli məşqçiyə şans tanımağın vaxtı çatıb. Bundan pis olmayacaq. Qurban Qurbanova şans verildi. Sadəcə vəziyyət başqa cür oldu. Sonda o, "Qarabağ"a getdi. Ona orada daha rahatdır, əla nəticələr göstərir. Məsələn, Arif Əsədov həmişə millidə işləyir. Amma köməkçi kimi. Mən onun baş məşqçi təyin edilməsinin tərəfdarıyam. Bütün futbolçuları tanıyır, nəyə qadir olduqlarına bələddir".
Azərbaycan millisinin keçmiş müdafiəçisi Qurban Qurbanov və Arif Əsədovla yanaşı, Rəşad Sadıqovla Tərlan Əhmədovun da yığmanı çalışdıracaq səviyyəyə malik olduğunu söyləyib: "Qurban Qurbanovun milli komandaya bir daha gələcəyinə inanmıram. Çünki bir dəfə çalışdı, amma sonradan nələrsə oldu və kluba getdi. Yəqin ki, iki yerdə işləmək çətin olardı. Amma istənilən halda, Qurban özü hər şeyi daha yaxşı bilər. Mənə görə millini çalışdıracaq iki yerli məşqçi var - Qurban Qurbanov və Arif Əsədov. Ancaq təbii ki, Rəşad Sadıqovla Tərlan Əhmədovun da adını çəkmək olar. Sadəcə təcrübə məsələsi özünü göstərə bilər. Hər halda, əsas odur ki, millini çalışdıra biləcək səviyyədə yerlilər var. Arif Əsədov heç vaxt millini çalışdırmayıb. Versinlər millini ona. Lakin dərhal ondan nəticə, ard-arda qələbələr tələb etmək lazım deyil. Rahat işləsin, komandasını qursun. Millidə xarici məşqçiyə təzyiq edilmirsə, yerliyə də olmamalıdır. Azarkeşlər, rəhbərlik, hamılıqla yerli məşqçiyə dəstək olmalıdır. Zamanla nəticələr gələcək”.
Mirbağırağa
saytlarin hazirlanmasi