İngiltərənin "Mançester Siti" klubu ev oyunlarını keçirdiyi "Etihad" stadionunun tamaşaçı tutumunu artıracaq.
Sportal.az xəbər verir ki, "şəhərlilər" arenanın azarkeş sayını 61 000-ə yüksəltməyi hədəfləyir. Bu barədə "Daily mail" nəşri məlumat yayıb. Premyer Liqa təmsilçisi yenidənqurma işlərinə 300 milyon funt-sterlinq xərcləyəcək.
Qeyd edək ki, hazırda "Etihad" stadionunun tamaşaçı tutumu 53 400 nəfərdir.
saytlarin hazirlanmasi