"Tottenhem"in sabiq baş məşqçisi Antonio Konte məşqçilik karyerasına fasilə vermək qərarına gəlib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Yuventus"un marağına baxmayaraq, bir illik pauza götürəcək.
Konte şəxsi həyatında bir neçə dəfə yaşanan ağır sarsıntılardan sonra ailəsi və yaxınlarının əhatəsində olmaq istəyir.
Xatırladaq ki, Konte London klubunun futbolçuları və rəhbərliyi ilə bağlı rezonans doğuran müsahibə verdikdən sonra "Tottenhem"dən qovulmuşdu.
saytlarin hazirlanmasi