"İnter" 38 yaşlı futbolçunun maaşını iki dəfə azaldacaq

12:18 - 1 Aprel 2023

"İnter" rəhbərliyi Samir Handanoviçlə müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 38 yaşlı futbolçuya tezliklə yeni müqavilə təklif olunacaq.

Amma sloveniyalı qolkiper əvvəlki maaşından iki dəfə az qazanacaq.

Handanoviç ediləcək hər bir təklifə razılıq verəcək. Çünki o, yeni mövsümdən həm də Simone İnzaqinin məşqçilər korpusunda yer almaq istəyir.

38 yaşlı qapıçı 2012-ci ildə “Udineze”dən “İnter”ə keçmişdi.

Xəbər xətti