"Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda bir neçə transferi reallaşdıracaqlarını bildirib.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, almaniyalı məşqçi yay "transfer pəncərəsi"ndə heyəti gücləndirmək fikrində olduqlarını söyləyib:
"Bir futbolçunun 100 milyon funt-sterlinqə alınması ilə bağlı suala cavab verməyəcəm. Çünki biz heç vaxt belə şeylərdən danışmırıq. Bu yay "transfer pəncərəsi"ni aktiv keçirəcəyik. Bunu əminliklə deyə bilərəm. Hansı futbolçuya nə qədər verəcəyimizi isə deməyəcəm".
saytlarin hazirlanmasi