"Mançester Siti"nin müdafiəçisi Aymerik Laport karyerasını "Yuventus"da davam etdirə bilər.
Sportal.az "Football Italia" portalına istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunu 30 milyon avro qarşılığında "qoca sinyora"ya satmağa hazırdır.
Laporte ilə "Tottenhem" və PSJ klubları da maraqlıdır.
İspan futbolçu bu mövsüm "Mançester Siti"nin heyətində 16 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
28 yaşlı yarımmüdafiəçi 2018-ci ildə "Atletik"dən "Mançester Siti"yə keçib.
saytlarin hazirlanmasi