"Vulverhempton" və Portuqaliya millisinin müdafiəçisi Nelson Semedo "Roma" ilə danışıq aparır.
Sportal.az "CalcioMercato"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi 29 yaşlı futbolçunu mövsüm sonunda heyətinə qatmaq üçün çalışır.
"Benfika" və "Barselona" klublarında da çıxış etmiş portuqaliyalı 2020-ci ildə "Vulverhempton"a keçib.
Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi