“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola "Liverpul"la oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlə mübahisə edib.
Sportal.az xəbər verir ki, müxbirlərdən biri ispaniyalı mütəxəssisin vurduqları qollardan birini "Liverpul"un futbolçusu Kostas Tsimikası qarşısında qeyd etməklə ona qarşı hörmətsizlik etdiyini deyib.
Qvardiola isə yunanıstanlı futbolçudan zarafatla komandasının gözəl qol vurub-vurmadığını soruşduğunu bildirib.
Məşqçi həmçinin jurnalistə Tsimikasın özü ilə əlaqə saxlamağı və bu epizodu provakasiya hesab edib-etmədiyini soruşmağı tövsiyə edib. İngiltərəli jurnalist bunun bir az hörmətsizlik olduğunu bildirəndə, Qvardiola açıq-aşkar narazılıqla: “Hə? Tamam. Təəssüflənirəm” cavabını verib.
"Mançester Siti" "Liverpul"u evdə 4:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi