İngiltərənin "Mançester Yunayted" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lyuk Şounun sözləşməsinin müddətini uzadıb. Bu barədə "The Atletic" nəşri məlumat yayıb. İngiltərə millisinin üzvü "qırmızı şeytanlar"la 4 illik müqaviləyə qol çəkib.
"Mançester Yunayted" Lyuk Şounu 2014-cü ilin yayında "Sauthempton"dan transfer edib. 27 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə komandanın heyətində meydan çıxdığı 36 matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi