"Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka "Liverpul"la oyundan gözləntilərini bölüşüb.
Sportal.az "Evening Standard"a istinadən xəbər verir ki, isveçrəli futbolçu komandasının "Enfild"də keçiriləcək matçda qələbə üçün oynayacağını bildirib:
"Mövsümün “Liverpul” üçün necə keçdiyi önəmli deyil. Onlar hər zaman təhlükəli rəqib olaraq qalırlar. “Enfild”də “Liverpul”a qarşı oynamaq çox çətindir. Amma biz özümüzə inanırıq və qələbə qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Necə olacağını görəcəyik”.
“Arsenal” Premyer Liqanın 30-cu turu çərçivəsində səfərdə “Liverpul”la qarşılaşacaq.
saytlarin hazirlanmasi