"Ümid edək ki, Mourinyo komandanı ÇL-ə çıxara biləcək"

13:17 - 4 Aprel 2023

"Roma"nın əfsanəsi Françesko Totti komandanın Çempionlar Liqasına vəsiqə qazanmaq şanslarını dəyərləndirib.

Sportal.az “Sky Sport Italia”ya danışan “canavarlar”ın sabiq kapitanı Joze Mourinyonun işinin öhdəsindən gələcəyinə ümid etdiyini bildirib:

"Nəyisə müzakirə etmək istəmirəm. Bunu etməyə başlasam, problemlər yaranacaq. Ümid edək ki, Mourinyo mövsümün sonunda komandanı Çempionlar Liqasına çıxaracaq. O, klubu artıq Avropa Liqasının 1/4 finalına çıxarıb. Hər şeydən əvvəl oyun yox, nəticə vacibdir”.

Xəbər xətti