"Ondan yaxa qurtarmaq lazımdır ki, klub irəliyə doğru addım ata bilsin"

15:06 - 4 Aprel 2023

İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano "Yuventus" və "İnter"in keçirdiyi oyunlar barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “Calciomercato”ya danışan italiyalı hər iki komandanın nümayiş etdirdiyi oyunu normal adlandırmayıb:

“İnter" və "Yuventus" həftəsonu pis oyunlar keçirdi. Turinlilər layiq olmadan qələbə qazandı. Çünki “Verona”nın qol vurmaq üçün gözəl şansı var idi. “İnter” isə əsl fəlakətdir. Oyunçular mənasız hərəkətlər edirlər. Amma yaradılan qol epizodlarını nəzərə alsaq, məğlubiyyətə layiq deyildilər. Simone İnzaqini qovmağın vaxtı çatıb. Ondan yaxa qurtarmaq lazımdır ki, klub irəliyə doğru addım ata bilsin”.

Xəbər xətti