"İnter" italiyalı baş məşqçi ilə danışıqlara başladı

15:35 - 4 Aprel 2023

"İnter" rəhbərliyi Simone İnzaqi ilə yollarını ayırmaq niyyətindədir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "nerazzura" artıq yeni baş məşqçi axtarışına da start verib.

İtaliya mətbuatının yaydığı xəbər görə, Milan təmsilçisinin yeni baş məşqçisi "Brayton"u çalışdıran Roberto De Zerbi olacaq.

İngiltərə klubu bunun üçün "İnter"dən 13 milyon avro təzminat tələb edib.

De Zerbinin "Palermo", "Benevento", “Sassuolo”, "Şaxtyor" klublarında işləyib. 

Xəbər xətti