Azərbaycan milli komandası iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Estoniya yığması ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, AFFA estonlarla matçdan sonra millinin oyunsuz qalmasını istəmir. Buna görə də, federasiya iyunun 20-də millinin yoxlama görüşündə qüvvəsini sınaması üçün rəqib axtarışındadır. Bu məqsədlə Özbəkistan Futbol Federasiyası ilə danışıqlar aparılıb. Amma tərəflər arasında razılıq əldə olunmayıb.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda növbəti iki görüşünü Estoniya(17 iyun) və Belçikaya (sentyabr 9) qarşı keçirəcək.
saytlarin hazirlanmasi