AFFA-nın milliləşdirdiyi futbolçu 26 yaşında karyerasını başa vurdu FOTO

16:09 - 5 Aprel 2023

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Onur Albayrak karyerasını başa vurdu.

Sportal.az xəbər verir ki, son olaraq Danimarkanın “Vorup” klubunda oynamış 26 yaşlı futbolçu özünə komanda tapmadığına görə bu addımı atıb. 

Albayrak 2017-2018-ci illərdə Azərbaycanın U-21 yığmasına cəlb edilib və iki görüşdə meydana çıxıb.

Xəbər xətti