Azərbaycan - Türkiyə matçının hakimləri bəlli oldu

18:33 - 6 Aprel 2023

Qadın futbolçulardan ibarət komandaları arasında aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Aprelin 8-də keçiriləcək qarşılaşmanı Gürcüstandan, 11-də təşkil olunacaq oyunu isə Rumıniyadan olan FIFA referiləri idarə edəcək:

Azərbaycan – Türkiyə

8 aprel. Dalğa Arena. Saat 16:00
Hakimlər: Teona Sturua, Khatuna Maisuradze, Ketevan Qaiparaşvili
Dördüncü hakim: Fəridə Lütfəliyev

Azərbaycan – Türkiyə

11 aprel. Dalğa Arena. Saat 16:00
Hakimlər: Kristina Mariana Trandafir, Elena Mihaila Tepusa, Roxana İvanov
Dördüncü hakim: Fəridə Lütfəliyeva

Xəbər xətti