"Çelsi"nin müvəqqəti baş məşqçisinin adı açıqlanıb.
Sportal.az “The Atletic”ə istinadən xəbər verir ki, London klubu Frenk Lempardla anlaşıb.
"Zadəganlar"ı əvvəl də çalışdırmış Lempard müvəqqəti baş məşqçi təyin olunmasını şərh edib. İngiltərəli mütəxəssis sabiq komandasına qayıtması haqda bu cür danışıb:
"Əlimdən gələn hər şeyi edəcəm. Bu işi qəbul etmək mənim üçün asan oldu. Çünki "Çelsi" mənim üçün doğma komandadır. Onlar üçün ən yaxşısını etməyə çalışacam".
Xatırladaq ki, "Çelsi" Qrem Potteri baş məşqçi postundan göndərmişdi.
saytlarin hazirlanmasi