Antonio Konteni istefaya göndərən "Tottenhem"in yeni baş məşqçisinin adı hələ ki, bəlli deyil.
Sportal.az “Express”ə istinadən xəbər verir ki, London təmsilçisi Arne Slotu baş məşqçi postuna gətirməkdə israrlıdır.
London klubu "Feyenoord"un çalışdırıcısı üçün hərəkətə keçib.
Rotterdam təmsilçisi Slotun rəhbərliyi altında hazırda Niderland liqasına liderlik edir.
44 yaşlı niderlandlı məşqçi 2021-ci ildən "Feyenoord"a rəhbərlik edir. Bundan əvvəl o, "AZ Alkmaar"da işləyib.
saytlarin hazirlanmasi