İsveç millisinin yarımmüdafiəçisi Mattias Svanberq komandasının gələcək hədəflərindən danışıb.
Sportal.az "vfl-wolfsbur.de" portalına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi millisinin AVRO-2024-ün F qrupunun seçmə mərhələsinin 2-ci turunda Azərbaycan yığması üzərində qazandıqları qələbəyə (5:0) da toxunub:
"Əlbəttə ki, gələn il Avropa çempionatına vəsiqə qazanmaq istəyirik. Bizim yeganə məqsədimiz budur. Bunun üçün mübarizə aparacağıq. Seçmə mərhələnin başlanğıcı yaxşı keçdi. Belçika ilə çətin oyun keçirdik, məğlub olduq. Düşünürəm ki, onlar qrupun ən yaxşı komandasıdır. Azərbaycanla matçda ən yaxşı oyunumuzu göstərməsək də, qələbəyə layiq idik. Yaxşı komandamızın olduğunu bilirik və ona görə gələcəyə pozitiv baxırıq”.
saytlarin hazirlanmasi