Millimizin baş məşqçisi məğlub olduqları matç haqda: "Yaxşı oynadıq"

11:22 - 9 Aprel 2023

Qadın futbolçulardan ibarət komandalar arasında "Dalğa Arena"da keçirilmiş Azərbaycan - Türkiyə qarşılaşmasından sonra millimizin baş məşqçisi Siyasət Əsgərov görüşlə bağlı danışıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Əsgərov yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatan görüşü bu cür dəyərləndirib:

"Aprelin 3-dən birlikdə məşq edirik. Bugünədək yaxşı hazırlıq keçmişik. Hər zaman demişəm, bu cür yoldaşlıq oyunları komandamızın inkişafı üçün çox önəmlidir. Etiraf etmək lazımdır ki, oyuna yaxşı başlamadıq. Türkiyə millisi bundan məharətlə istifadə edib, erkən dəqiqələrdə hesabı açdı. Fasiləyədək nə qədər cəhd etsək də, hesabı bərabərləşdirə bilmədik. İkinci hissə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirmək şanslarımız var idi. Fürsətləri dəyərləndirə bilmədik. İlk oyunu analiz edib, səhvlərimiz müəyyənləşdirəcəyik. Səhvlərimiz üzərində çalışıb, ikinci oyuna daha fərqli çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdır".

Xəbər xətti