"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili İngiltərəyə yollana bilər.
Sportal.az "Express"ə istinadən xəbər verir ki, gürcü qolkiper "Çelsi"nin maraq dairəsindədir.
"Yarasalar"la müqaviləsi 2027-ci ilə qədər olan Mamardaşvilinin London klubuna keçib-keçməyəcəyi yayda bilinəcək.
"Zadəganlar"ın rəsmiləri Gürcüstan millisinin qapıçısının meneceri ilə ilkin danışıq aparıb.
Transfer qiyməti 87 milyon avro olan Mamardaşvilinin xidmətində "Everton" da maraqlıdır.
saytlarin hazirlanmasi