"Luçano Spaletti dahidir"

13:16 - 10 Aprel 2023

"Napoli"nin hücumçusu Viktor Osimhen baş məşqçi Luçano Spalettinin işinə heyran olub.

Sportal.az xəbər verir ki, nigeriyalı forvard “France Football”a açıqlamasında italiyalı məşqçi haqda xoş fikirlər səsləndirib:

"Luçano Spalletti dahidir. Onun "Napoli"yə keçidimdən sonra etdiyi işlər mənim əvvəllər digər komandalarda etdiklərimlə müqayisə oluna bilməz. Siz hələ də hər şeyi görmürsünüz".

Xəbər xətti