Gürcüstan millisinin sabiq baş məşqçisi Vladimir Vays “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.
Sportal.az “Sport24.ru”ya istinadən xəbər verir ki, slovakiyalı mütəxəssis gürcü futbolçunun böyük potensialı olduğunu bildirib:
"Xviça gələcəkdə "Qızıl top"u da qazana bilər. Hər şey buna doğru gedir. “Napoli” onun üçün əla komandadır. Baş məşqçi də onun üçün idealıdır. Xviçaya "Napoli"nin heyətində Çempionlar Liqasını qazanmasını arzulayıram. Amma "Napoli" 100 faiz onun karyerasında son klub deyil. Xviça İspaniya və İngiltərədə böyük komandalarda çıxış edə biləcək. Onu böyük gələcək gözləyir".
saytlarin hazirlanmasi