"Salernitana" Gilyerme Oçoanın müqavilə müddətini artırmaq istəyir.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, İtaliya klubu meksikalı futbolçuya yeni müqavilə təklif edib.
37 yaşlı qolkiperin hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Amma Meksika millisinin qapıçısı qərar verməyə tələsmir. Məsələ burasındadır ki, “Salernitana” A seriyasında 15-ci pillədə qərarlaşıb.
Oçoa “Amerika”, “San Luis”, “Ayaçço”, “Malaqa”, “Qranada”, “Standard” klublarında çıxış edib.
saytlarin hazirlanmasi