"Arsenal" "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi transfer etmək istəyir.
Sportal.az "Tuttomercatoweb" portalına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun romalılarla müqaviləsi 2024-cü ildə başa çatır.
Serbiyalı oyunçu da İngiltərəyə yollanmağa müsbət yanaşır.
Əgər Saviç "Latsio" ilə müqavilə müddətini uzatmasa, "Arsenal"a transferi reallaşacaq.
28 yaşlı "Voyvodina", "Genk" klublarında oynadıqdan sonra 2015-ci ildə "Latsio"ya keçib.
saytlarin hazirlanmasi